Koronavirusun dünya miqyasında sürətlə yayılması onun insanlardan başqa heyvanlara da sirayət etdiyinə dair xəbərlərin meydana çıxmasına səbəb olub. Xarici KİV-lər ən çox ev pişiklərinin yoluxması faktının olması ilə bağlı xəbərlər yayıblar. Nəşrlər hətta statisitkasını da açıqlayıblar. Belə ki, 140- yaxın pişiyin bu virusa yoluxduğu yazılır.
Narahatedici digər bir məqam isə artıq kənd təsərrüfatı əhəmiyyətli ev heyvanları arasında koronavirusa yoluxma faktının qeydə alınmasına dair iddiaların səsləndirilməsidir.
Bəs Azərbaycanda belə təhlükə varmı?
Bu barədə hafta.az-a açıqlama verən Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətimin rəhbəri Vüqar Hüseynov dedi ki, dünyada heyvandan insana, insandan heyvana yoluxma halı çox az-az müşahidə olunub:
"Hazırda Kənd Təsərrüfat Nazirliyinə belə bir müraciət olunmayıb. Çünki belə bir müşahidə yoxdu. Olsa hər bir halda nazirlikdə belə bir qeydiyyat aparılardı".